Aktual Tv xəbər verir ki, bu sözləri Milli Məclisdə çıxışı zamanı millət vəkili Azay Quliyev deyib.
Deputat əlavə edib ki, bəzi qrupların, ələlxüsus xaricdə oturub əsassız yerə Azərbaycanı, dövləti tənqid edən şəxslərin fəaliyyətində sui-istifadə hallarına rast gəlinir: “Ermənilər niyə bu “tədbir”i Şuşada təşkil edirlər? Çünki martın 31-də keçirdikləri “seçkilər” fiaskoya uğradı. Bütün beynəlxalq qurumlar, aparıcı ölkələr bu “seçkiləri” qeyri-legitim adlandırdı, bunun heç bir hüquqi nəticə yaratmadığını elan etdi. Məhz bu reaksiyalar göstərdi ki, dünya Ermənistanın apardığı işğalçı siyasətə “yox” deyir. Əlbəttə, bu, Azərbaycan diplomatiyasının uğuru olmaqla yanaşı, cənab prezidentin apardığı işin nəticəsi idi”.
Deputat söyləyib ki, daha çox işləməli, ordunu gücləndirməyə davam etməliyik: “Bu gün Azərbaycan Ordusunun başlatdığı təlimlər ermənilərə ən ciddi cavabdır”.