AKTUAL TV xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov “ATV Qərargah” proqramında açıqlayıb.
Millət vəkilinin sözlərinə görə, yardımların yaxın zamanda vətəndaşların hesabına köçürülməsi prosesinə başlanacaq: “Nəzərə alsaq ki, nazirlik tərəfindən bütün proseslər elektronlaşıb, etiraf etmək lazımdır ki, nazirlik bu üsulla həm şəffaflığı təmin edir, həm də vaxta qənaət edir. Güman edilir ki, yaxın zamanlarda nazirlik tərəfindən ödənişlərin həyata keçirilməsinə başlanacaq. Artıq nazirlik bütövlükdə prosesə start verib. Elektron bazada olan məlumatların dəqiqləşdirilməsi baş tutduqdan sonra vəsaitin köçürülməsi mərhələsinə keçiləcək. Yardım üçün artıq vəsait ayrılıb. Yardımların ödənilməsində hər hansı maliyyə çətinliyi yoxdur”.
V.Bayramov qeyd edib ki, yardım kartı zədələnən, itən vətəndaşlar onu götürdükləri bank şöbələrinə yaxınlaşmalıdırlar: “Kartın itməsi, zədələnməsi vətəndaşın hesabının bağlanması anlamına gəlmir. Onlar aldıqları banka yaxınlaşıb kartı bərpa edə və ya hesabdakı məbləği çəkə bilərlər”.