Bu dəyişikliklər hansı sahələri əhatə edəcək? Dəyişikliklərin fəlsəfəsi nədən ibarət olacaq? Zaman keçdikcə bu sualların cavablarının işartıları da görünməyə başlayır. İdarəçilikdə distant fəaliyyətin səmərəliliyi artıq dünyanın aparıcı şirkətləri tərəfindən təsdiq olunur, distant təhsilin yeni uğurlu nəticələrə aparan variantları işlənir, xidmət sferası öz işini xidmətləri insanlara çatdırmaq kontekstində yenidən qurmağa köklənirlər və s. Bir sözlə, bəşəriyyət Pandemiyadan sonrakı dönəmdə yeni qaydalarla yaşamağa üz tutur. Bu qaydalar bizə daha səmərəli çalışmağı və düzgün yaşamağı öyrədəcək. İsrafçılıq anlayışı aradan qalxacaq, insanlar özlərini düşündükləri qədər bəşəri dəyərləri də qiymətləndirməyə və qorumağa üz tutacaqlar. Bu gün artıq bütün hökumətlər, o cümlədən, Azərbaycan hökuməti də dünyada başlanan yeni çağrışlara uyğun islahatlar aparmağa köklənib. Bu islahatlar ölkə həyatının bütün sferalarını əhatə edəcəkdir və bu yolda artıq ilkin addımlar atılmağa başlanıb. Yeni çağrışlar kontekstində hökumətin cəmiyyətdə vətəndaş həmrəyliyini yüksəltmək və ictimai nəzarəti gücləndirmək istiqamətində atdığı addımlar tədqirə layiqdir. Bu yolun başlanğıcında yeni siyasi partiyaların fəaliyyətinə geniş meydan verilməsi, siyasi partiyalarla, vətəndaş cəmiyyətinin nümayəndələri ilə Prezident administrasiyasında yüksək səviyyədə görüşlərin keçirilməsi ölkənin siyasi səhnəsində son illlərin ən diqqətçəkən yeniliyi hesab edilə bilər. Hökumət ölkədə vətəndaş həmrəyliyinin yüksək səviyyədə olması üçün ən zəruri addımlar atır. Bu, cəmiyyətin demokrətikləşməsi və dövlətin idarə edilməsində siyasi plüralizm mühütinin yaradılması deməkdir. Siyasi plüralizm hökumətin aparacağı bütün islahatların keyfiyyətinin yüksəlməsinə və dövlət idarəçiliyinin yeni çağrışlara tam uyğunlaşdırılmasına zəmin yaradacaqdır.
Fikrət Yusifov İqtisad elmləri doktoru, professor