AKTUAL TV xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə adıçəkilən Qeyri-Hökumət Təşkilatı “Azərbaycan Respublikasının Milli Qəhrəmanı Mübariz İbrahimovun həyatı və döyüş yolu, onun irsinin gənclərdə vətənpərvərlik ruhunun tərbiyələndirilməsində rolundan bəhs edən “Mübariz” sənədli filminin çəkilməsi ” layihəsi çərçivəsində eyniadlı sənədli film üzərində işləyir.
Milli Qəhrəman Mübariz İbrahimovun həyatı və döyüş yolu, onun irsinin gənclərdə vətənpərvərlik ruhunun tərbiyələndirilməsində rolundan bəhs edən sənədli filmdə millət vəkilləri, tanınmış ictimai xadimlər öz xatirələrini və fikirlərini bölüşəcəklər.
“Mədəniyyətin və Milli Ənənələrin Təbliği” İctimai Birliyinin sədri, layihənin rəhbəri Büllur Məmmədova bildirib ki, hazırlıq işləri artıq tamamlanıb, çəkiliş qrupu formalaşdırılıb və yaxın vaxtlarda sənədli filmdə iştirak edəcək respondentlərdən müsahibələrin alınmasına başlanacaq.