Nazirlik 2 nəfərin öldüyü hadisə ilə bağlı müraciət yaydı

Xəbər verildiyi kimi 31 iyul tarixində Siyəzən rayonunun Sədan kəndi yaxınlığında ehtiyatsızlıq səbəbindən fermada baş verən və sonradan güclü külək nəticəsində böyük ərazini əhatə edən yanğın FHN-nin və ETSN-nin əməkdaşlarının səyi nəticəsində söndürülüb, alovun meşə ərazisinə keçməsinin qarşısı alınıb.
  • 01/08/2020
  • 19:22

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətindən AKTUAL TV -yə verilən məlumata görə, yanğın zamanı biri Siyəzən meşəbəyliyinin meşə gözətçisi olmaqla, Sədan kəndinin iki sakini həyatını itirib.
“Yanğında həyatlarını itirənlərin ailələrinə və yaxınlarına başsağlığı verir, səbr diləyirik və
bir daha vətəndaşlara müraciət edirik ki, kimlərinsə ehtiyatsızlığı, etinasızlığı ucbatından yaranan yanğın hadisələrinin nə qədər ağır nəticələrə səbəb olmasını nəzərə alsınlar, ağır fəsadlara şərait yaradan yanğınların baş verməməsi üçün maksimum dərəcədə ehtiyatlı olsunlar”, – deyə xəbərdarlıqda bildirilir.

Share on facebook
Share on twitter
Share on linkedin
Share on whatsapp
Share on email
Share on telegram

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2020 Aktual TV. Müəllif hüquqları qorunur.

  • Aktual Xəbər
  • Azərbaycan Həqiqətləri
  • Diaspora
  • Aktual Layihə
  • Aktual TV
  • Aktual Mövqe
  • Sizdən Xəbər

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]