Əliağa Vahidin 125 illiyi münasibətilə poçt markası buraxılıb

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərmarka” MMC tərəfindən Azərbaycanın görkəmli qəzəlxan şairi Əliağa Vahidin anadan olmasının 125 illiyi münasibətilə poçt markası dövriyyəyə buraxılıb.

Nazirlikdən AKTUAL TV -yə verilən məlumata görə, Regional Rabitə Birliyi ölkələrinin 2020-ci il üçün müəyyən etdiyi “İncəsənət xadimləri” mövzusundakı birgə buraxılış çərçivəsində hazırlanan markanın üzərində şairin qrafik portreti təsvir edilib.

“Azərmarka”nın baş rəssamı Vüqar Əyyubov tərəfindən dizayn edilmiş markalar Belarus Respublikasında 300 min tirajla çap olunub. Bununla yanaşı, 200 ədəd Birinci gün zərfi də hazırlanaraq satışa çıxarılıb.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]