Avropa İttifaqı sərhədlərin açıldığı ölkələrin sayını azaltdı

Avropa İttifaqı Şurası koronavirus pandemiyası dövründə təşkilata üzv olan dövlətlərin ərazisinə giriş icazəsi verilən ölkələrin yenilənmiş siyahısını təqdim edib.

AKTUAL TV  bildirir ki, bu barədə Gazeta.ru quruma istinadən məlumat yayıb.

Siyahıdan Mərakeş çıxarılıb. Bununla belə, Avstraliya, Gürcüstan, Kanada, Yeni Zelandiya, Ruanda, Cənubi Koreya, Tailand, Tunis, Uruqvay və Yaponiya əvvəlki kimi siyahıda yer alıb.

Siyahıda həmçinin Çin də var. Lakin Çin vətəndaşlarının Avropaya gəlişinə yalnız bu ölkənin özünün avropalılar üçün sərhədi açmasından sonra icazə veriləcək.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]