Şuranın dəstəyi ilə təşkil olunan “Onlayn Rəsm” müsabiqəsinin qalibləri mükafatlandırıldı

Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə 11 aprel 2020-ci il tarixindən “Evdə qal,cəmiyyəti qoru” adlı onlayn rəsm müsabiqəsinə başlamışdır. 07.08.2020-ci il tarixində iki aya yaxın davam edən onlayn rəsm müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimi təşkil olunub.

Bu barədə AKTUAL TV -yə Birliyin sədri və layihə rəhbəri Səbinə Kərimova məlumat verib. Onun sözlərinə görə, layihənin məqsədi insanların karantin dövründə evdə qaldıqları müddəti daha maraqlı etmək və onlara az da olsa bu kimi müsabiqələrə qoşmaqla vaxtlarının səmərəli təşkili üçün nəzərdə tutulmuşdur.

Layihədə 8 könüllü ekspert iştirak etmişdir. Bundan əlavə onlayn səs vermədə isə 600 dən çox sosial şəbəkə istifadəciləri iştirak edib.. Müsabiqədə iştirak edən azyaşlılar və yeniyetmələr arasında davam edən müabrizədə 6 nəfər üç yerin qalibi və bir nəfər ümumi qalib olaraq təyin olunmuşdur. Ölkəmizdə sərtləşdirilmiş karantin şərtlərini nəzərə alaraq, 2 hissədən ibarət təşkil olunan tədbirdə 10 nəfər iştirak edib və hər qrup üzrə 5 nəfər mükafatlandırılıb.Bundan əlavə onlayn rəsm müsabiqəsində iştirak edən azyaşlılara da təşəkkürnamələr təqdim olunub deyə vurğulayıb.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]