Jurnalistdən “BazarStore”yə sərt etiraz: “Müştərilərin gözü önündə…”

"Bu gün Xırdalan şəhərində "Mətanət A" şirkətinin yaxınlığında yerləşən BazarStore marketində öz mənliyini itirən Seymur Xancanov adında baş məsləhətçi, satıcı işləyən bir işçini telefonla anası ilə danışdığına görə müştərilərin gözü önündə kobud və səviyyəsini itirmiş halda rəftarı mənə çox təsir etdi. Ürəyim dözmədi, geri qayıdıb həmin rəhbərliyi əvəz edən əqidəsizi lazımınca cavabını verərək həddini bildirdim”.

AKTUAL TV xəbər verir ki, bu sözləri tanınmış jurnalist Ramilə Bunyatova özünün sosial şəbəkə hesabında yazıb. Jurnalist “BazarStore” rəhbərliyinə müraciət ünvanlayıb:

“İndi isə müraciətim “BazarStore” rəhbərliyinədir. Siz, mənliyini itirən Seymur Xancanov adında cahili necə işdə saxlaya bilirsiniz? Ona nə qədər haqq verilib ki, bir ananın balasını hansı ki, çörək pulu ucbatından işləməyə məcbur qalmış işçini, müştərilərin gözü önündə şərəf və ləyaqətini alçatmağa? Bu nə qədər doğrudur?

Tamam iş zamanı telefon işlətmək əgər qadağandırsa onu deməyin tərzi var. Ən azından sakit formada satıcını çəkib kənara gəl otağa və ya telefonu ala bilərdi. Amma o ixtiyar verilməyib ki, bir işçini təhqir edərək şərəf və ləyaqətini alçatsın. Ümid edirəm ki, Seymur Xancanov haqqında bir ölçü götürsəniz məncə daha məqsədə uyğun olar. Belə cahillərin sayı azalar!!!”

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]