Rəqqasə: “Biz qadınlar pişik kimiyik, aldanmaya da dözərik”

Rəqqasə Fatimə Fətəliyeva "Həyat, sevgi, göz yaşı" proqramında qonaq olub.

 AKTUAL TV -nin məlumatına görə, rəqqasə ilk evliliyindən danışıb. O, peşman olduğunu dilə gətirib: “Özümü heç vaxt bağışlamayacam, valideynlərimin sözünə qulaq asmadım. Onlar mənə “yox” dedilər, onlara qarşı çıxdım. Ailə qurdum və çox peşmanam. O insana görə valideynlərimə qarşı çıxmağa və özümə qəsd etməyə dəyməzdi. Həmin sevgidən zərbə aldım, amma qız övladı qazandım. İndi ona görə ağlamıram. Düşünməsin ki, ona görə göz yaşı tökmüşəm və tökürəm. Yox, mən bədbəxt deyiləm. Xoşbəxtəm, gözəl həyatım var, yaxşı ki, həyatımda yoxdur. Qızımı böyütdüm, elə tərbiyə verdim ki…”.

Fatimə “Yoldaşınız övladından niyə imtina etdi? Ayrılan qadın övladına halal çörək də yedizdirəndə…” sualına isə belə cavab verib: “Elə insan var ki, uşağını atır. Eləsi də var ki, övlad üçün yalvarır. Çətin günlər yaşadım və anamla birlikdə ayağa qalxdım. Rəqqasə oldum, hamı bizdən üz döndərdi. Atamın yaxşı vaxtlarında hamı evimizdə olardı, anam süfrə açardı. İllər keçdi, hamıya sübut etdim ki, boşanmış, rəqqasə də ayaqüstə durar, sınmadan övladını böyüdər”.

Sənətçi ikinci dəfə ailə qurmasından söz açıb: “Qızım balaca olanda ailə qurdum. Düşünmürdüm ki, ailə qurmaram. Biz qadınlar pişik kimiyik, aldanmaya da dözərik. Amma elə məqam gəlir ki, qapını örtüb getməlisən. Şükür edirəm ki, qarşıma indiki həyat yoldaşım çıxdı. Onu tanıyanda övladımın 12 yaşı var idi. Ona deyirik ki, artıq babasan. Hüseynlə Aydan arasında “atamız ayrıdır” fikri yoxdur”.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]