Yeni federasiya yaradıldı

ABŞ-ın Şərq sahilində (Massachusetts, New York, New Jersey, Maryland, Virginia, Şimalı Carolina) yaşayan bir qrup gənc azərbaycanlı Amerika Azərbaycanlıları Federasiyasını (AAF) təsis edib.

 AKTUAL TV -nin xəbərinə görə, AAF-ın məramnaməsi, nizamnaməsi qəbul edilib, 9 nəfərdən ibarət idarə heyəti və 7 nəfərlik müşahidə şurasına seçkilər keçirilib. Yaxın günlərdə keçiriləcək, İdarə Heyətinin ilk toplantısında AAF-ın prezidenti, vitse-prezidenti və katibi seçiləcək və internet səhifəsi fəaliyyətə başlayacaq. AAF-ın qeydiyyatı New Jersey ştatında olacaq.

AAF-ın qarşısında duran məqsədlərə Şimali Amerikada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları ilə sıx əlaqələr yaratmaq, birgə tədbirlər keçirilmək, üzvlər arasında əlaqələrin yaranmasında vasitəçilik etmək, Amerikada yaşayan azərbaycanlıların və onların ailə üzvlərinin maddi və mənəvi zənginləşməsinə nail olmaq, ABŞ işgüzar dairələrində Azərbaycan mənşəli biznesin inkişafına yardımçı olmaqla ABŞ və Kanada da Azərbaycan diasporasının inkişafına töhfə vermək, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq cə ermənilərin yalanlarını ifşa etməkdir.

Share on facebook
Share on twitter
Share on linkedin
Share on whatsapp
Share on email
Share on telegram

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2020 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]