Qırğızıstanda diaspor rəhbəri səfiri “moşennik” adlandırdı

“Azərbaycanın Qırğızıstandakı fövqəladə və səlahiyyətli səfiri Hidayət Orucov cinayətkar, dələduz və vətən xainidir”.

Bunu AKTUAL TV -yə müsahibəsində Qırğızıstanda fəaliyyət göstərən Türkdilli dövlətlərin siyasətinə dəstək fondunun prezidenti Nüsrət Məmmədov deyib.

Müsahibəsində Hidayət Orucovu “moşennik” adlandıran Nüsrət Məmmədov “Siz Hidayət Orucova “moşennik” deməklə onu cinayətdə ittiham edirsiniz?” sualını belə cavablandırıb: “Birincisi, o də məni moşenniklikdə ittiham edib. Əvvəlcə o mənim moşennik olduğumu sübut eləsin. İkincisi, əgər moşennik deyilsə, məni məhkəməyə versin, onun həqiqətən moşennik olduğunu məhkəmədə faktlarla sübut edim”.

Nüsrət Məmmədovun Aktual TV-yə müsahibəsinə burada baxa bilərsiniz:

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]