“Azərbaycan Türkiyənin bütün addımlarını birmənalı dəstəkləyir” – Xələf Xələfov

“Azərbaycan Türk Şurasına sədrliyi dövründə türk dövlətlərinin birliyinin gücləndirilməsi üçün imkanlarını səfərbər edib”.

AKTUAL TV -nin məlumatına görə, bunu bu gün Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və Türkiyə XİN Strateji Araşdırmalar Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən “Regional geosiyasi qütbləşmələr və Türkiyə-Azərbaycan münasibətləri” adlı vebinarda Xarici İşlər nazirinin müavini Xələf Xələfov bildirib.

X. Xələfov deyib ki, Azərbaycan tarixən Aralıq dənizi bölgəsinin inkişafı və tərəqqisində önəmli rol oynamış Türkiyənin bütün addımlarını birmənalı dəstəkləyir və gərginliyin tezliklə həllini tapacağına inanır: “Azərbaycan bu mübarizədə daim Türkiyənin yanında olacaq”.

Xarici İşlər nazirinin müavini qeyd edib ki, Nuru paşanın komandanlığı altında Qafqaz İslam Ordusu Azərbaycan könüllüləri ilə 102 il əvvəl Bakını daşnak-bolşevik işğalından azad edib: “Azərbaycan və Türkiyə münasibətləri indiki qədər heç vaxt belə yüksək səviyyədə olmayıb. Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın dəstəyi ilə Azərbaycan–Türkiyə münasibətlərinin inkişafı dönməz xarakter alıb. Biz “tək millət, iki dövlət” olaraq strateji məsələlərdə vahid mövqedən çıxış etmək imkanımız var”. 

Share on facebook
Share on twitter
Share on linkedin
Share on whatsapp
Share on email
Share on telegram

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2020 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]