“Mübariz bəy yalan danışmır, nə deyirsə düz deyir” – Baloğlan Əşrəfov

Mənə elə gəlir ki, bu gülməli məhkəmə prosesi sona çatacaq və günahkarların hamısı Allah tərəfindən cəzalandırılacaq”

AKTUAL TV xəbər verir ki, bunu əməkdar artist Baloğlan Əşrəfov bildirib. Müğənni tezliklə iş adamı Mübariz Mənsimovun azadlığa çıxacağına inandığını bildirib:

“Mübariz bəyin məhkəməsindən siz nə bilirsinizsə, mən də onu bilirəm. Mən varlığım qədər inanıram ki, Mübariz bəy yalan danışmır, nə deyirsə düz deyir, çünki onu tanıdığım üçün deyirəm. Onun həbsdə qalması kimlərəsə sərf edirsə, Allah onların da cəzasını verəcək. Mənə elə gəlir ki, bu gülməli məhkəmə prosesi sona çatacaq və günahkarların hamısı Allah tərəfindən cəzalandırılacaq. Minlərlə Mübarizsevənlər kimi ailəsi də narahatdı. Yəqin ki, bunu təşkil edənlər yalançı məhkəmə iddiasını uduzacaqlar. Mübariz qalib gəlməlidir, başqa cür ola bilməz”.

Xatırladaq ki, dünən iş adamı Mübariz Mənsimovun məhkəmə prosesi keçirilib. M.Mənsimov 1993-cü ildən Türkiyədə yaşadığını, Atatürk və türk milləti sevdalısı olduğunu bildirib. Ona qarşı sürülən FETÖ-çü ittihamlarını rədd edib. Əlavə dəlillərin toplanması üçün onun məhkəməsi dekabrın 9-a qədər uzadılıb.

Share on facebook
Share on twitter
Share on linkedin
Share on whatsapp
Share on email
Share on telegram

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2020 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]