“Rusiya Qarabağda situasiyanı qızışdırır”

Almaniya “Şimal axını-2” qaz kəmərinin tikintisini dayandırmalıdır, çünki Rusiya beynəlxalq hüququ sistemli şəkildə pozur.

 AKTUAL TV xəbər verir ki, bu haqda Polşanın baş naziri Mateuş Moravetski özünün “Frankfurter Allgemeine Zeitung” qəzetində dərc edilmiş məqaləsində bildirir (sitat lenta.ru-dan). O, qeyd edir ki, müxalifət lideri Aleksey Navalnının zəhərlənməsindən sonra Moskva ilə Avropa arasında konstruktiv dialoq artıq mümkün deyil.

Bununla yanaşı Polşa baş naziri Rusiyanın beynəlxalq arenadakı digər qəbuledilməz addımlarını da sadalayıb, “Dağlıq Qarabağda situasiyanın qızışdırılmasından tutmuş Gürcüstana və Ukraynaya təcavüzə qədər”.

“Rusiyanı uzaqdan barmaqla hədələmək, sonra isə “Qazprom”la birlikdə “Şimal axını-2” layihəsini həyata keçirmək bir araya sığmır”,-Moravetski yazıb. Baş nazirin fikrincə, Polşa hesab edir ki, “Şimal axını-2” layihəsi Avropa İttifaqının energetika siyasətini təhdid edir. Layihə rusiyalı oliqarxlara yeni maliyyə axınları üçün imkan yaradır və Moskvanın Almaniya üzərində təsir imkanlarını artırır.

“Şimal axını-2” qaz kəmərini 2019-cu ilin sonlarında işə salmaq planlaşdırılırdı, lakin işlər ABŞ-ın tətbiq etdiyi sanksiyalara görə ləngiyib. Navalnının zəhərlənməsindən sonra layihənin dayandırılmasına dair çağırışlar da artıb.

Share on facebook
Share on twitter
Share on linkedin
Share on whatsapp
Share on email
Share on telegram

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2020 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]