“Qarabağı alsın, İlham Əliyevə Azadlıq meydanında qızıldan heykəl qoyacağıq…”

“Bunu çox ürəkdən deyirəm, vətən-vətəndir və bu vətən müharibəsidir və cənab prezident özü də gördü ki, biz həmişə onun yanında olmuşuq”

AKTUAL TV xəbər verir ki, bunu şair Zakir Fəxri deyib. O, torpaqlarımızın tezliklə Ali Baş Komandanın rəhbərliyi altında ordumuz tərəfindən işğaldan azad ediləcəyinə inandığını bildirib:

“Mən keçən dəfə açıqlamamda Qarabağı azad etmək istəyən bir nömrəli adamın İlham Əliyev olduğunu elə belə deməmişdim. Cənab prezidentin BMT-də son iki çıxışı əhalidə görünməmiş dərəcədə inam yaradıb. İndi küçələrə çıxanda görürsən ki, balaca uşaqların əlində Türkiyə və Azərbaycan bayraqları var, bu özü çox böyük şeydir. Təsəvvür edin ki, bu gün çörək bişən təndirin bağlı olan ağzı açılıb və o çörəyin, Qarabağın ətri artıq bütün evlərə gedib. Çox arzu edirik ki, bu ruh dayanmasın, hər şeyi başa düşürük, amma arxaya yol yoxdur. Bu işləri hər halda İlham Əliyev cənabları daha gözəl bilir. Türkiyənin müdafiə nazirinin də bəyanatı çox gözəl idi, dedi ki, “hansı danışıqdan söhbət gedə bilər? Otuz ildir danışıq gedir”. Torpaqlar işğaldan azad ediləndən sonra danışmaq olar. Bunu çox ürəkdən deyirəm, vətən-vətəndir və bu vətən müharibəsidir və cənab prezident özü də gördü ki, biz həmişə onun yanında olmuşuq. Bizim bir arzumuz olub ki, bu xəcalətdən millət xilas olsun, yeni nəsil ruh yüksəkliyində böyüməlidir, onların ürəyində içində bir vətən dərdi, sevgisi olmalıdır. Kimsə gəncliyin ürəyindən onu götürüb və bu, müharibəylə o sevgi bərpa olundu, hər şey qayıtdı.

Müharibə itkisiz olmur. Çox dəlicəsinə inanıram ki, Azərbaycan Ordusu son dərəcə güclüdür, Qəhrəmanlar döyüşün içində yetişir. Dünən Ağdərənin mühasirəyə alınmağına çox sevindim, çünki şəhid qardaşım Kamil orda döyüşürdü, Əsgəranda uşaqları mühasirədən çıxaranda şəhid olmuşdu. Bununla həm də Kamilin ruhu şad oldu. Türk xalqı döyüşkən xalqdır və bu ruhun bərpa edilməsi üçün cənab prezidentin özü, dirənişi lazım idi. İlham Əliyev cənabları uşaqdan-böyüyə qədər hamıda o inamsızlıq zəncirini qırdı və böyük bir inam və ruh yaratdı. Adam gecə səhərə qədər yatmır, gözləyir ki, görən nə təzə xəbər olacaq. Ağdərə işğaldan azad edilsə, inanıram ki, düşmənin bütün yolları kəsiləcək. İndi Böyük Mərcanlı kəndi alınıb, Cəbrayıl ayaq altdadır, Füzulini çox qısa müddətdə götürmək mümkündür və Qarabağın göbəyi Ağdamı mütləq almaq lazımdır. Erməni qan gördüsə, qaçacaq, onlara kimlərinsə kömək etməsi kimi fikirlər boş şeylərdir. Bizdə Mübarizlər, Kamillər, Şahlar Şükürovlar olub və bu gün də qəhrəman oğullarımız var. Sizi inandırıram ki, Qarabağı alsın İlham Əliyevə Azadlıq meydanında qızıldan heykəl qoyacağıq. Mənə elə gəlir ki, bütün ziyalılar da mənim fikrimi dəstəkləyərlər. Əks-hücumu sındırmaq, danışığa aldanmaq olmaz. Bizim cənab prezidentdən xahişimiz odur ki, biz son nəfəsimizə qədər onun yanındayıq, amma o, dayanmasın, qələbəyə qədər irəli getsin”.

Share on facebook
Share on twitter
Share on linkedin
Share on whatsapp
Share on email
Share on telegram

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2020 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]