Məhbusların azad edilərək cəbhəyə göndərilməsi təklif edildi

Vəkil Anar Qasımlı ölkə üzrə bütün daxili çəkişmələrin dayandırılmalı olduğunu bildirib.

AKTUAL TV xəbər verir ki, hüquqşünas bu barədə öz şəxsi “Facebook” hesabında yazıb: “Oğlu, qardaşı, əri ön cəbhədə olan cavabdehlə məhkəmədə “döyüşmək” ağır gəlir, mənəvi əzab verir. Bütün daxili çəkişmələrimizi dayandırmalıyıq. Hərbi vəziyyət rejimində məhkəmələrdə mülki və kommersiya mübahisələrinə baxılması dayandırılmalıdır.

Cinayət işlərinə baxılması sürətləndirilməli, mümkün olduğu həddə, bu gün düşmənə qan uddurmağa qadir olan, hansısa səhvinə görə cəza çəkən oğullarımız həbsdən azad edilməlidir.

Dövlətə qarşı törədilmiş cinayətlər, xüsusilə ağır cinayətlər istisna olmaqla, digər cinayət işləri üzrə alternativ cəzalar tətbiq olunmalı, iqtisadi cinayətlərə görə həbsdə olan xakerlərimiz azad edilməli və informasiya müharibəsinə cəlb olunmalıdır. Cəbhədə darmadağın olan düşməni informasiya müharibəsində də dağıtmalıyıq”.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]