Solovyov erməniləri tərifləmək istədi, rüsvay oldu – Video

Rusiya mətbuatında kök salmış ermənilərin və ermənipərəstlərin Azərbaycana qarşı apardıqları informasiya savaşının bəzi “döyüş”lərində düşmənlərin partlatmaq istədiyi “bombalar” hərdən öz əllərində partlayır və “döyüşçülər” rəzil duruma düşürlər.

AKTUAL TV xəbər verir ki, onlardan biri də məşhur təbliğatçı Vladimir Solovyov olub. Solovyov Yutub kanalı ilə efirə canlı verilən “Solovyov layv” (Соловьев Live) verilişində Ermənistanı böyük, erməniləri qorxmaz, Azərbaycanı isə əksinə göstərmək istəyərkən özünü biabır edib.

Jurnalist Qarabağda hərbi vəziyyətin gərginləşməsi barədə danışarkən ermənilərin hərbi komissarlıqların önündə toplaşaraq, böyük ruh yüksəkliyi ilə cəbhəyə yollandıqlarına, tamaşaya toplaşanların onları alqışlarla yola salmalarına dair süjet göstərmək istəyib. Ancaq bir az sonra bu kadrların Azərbaycanda, Yasamal rayonunun hərbi komissarlığının önündə çəkildiyi məlum olub.

Bu yanlışlığı anladığı zaman Solovyov özünü saxlaya bilməyib, əsəbiləşib və tabeliyində işləyənlərə səsini qaldırıb: “Sizin başınız işləyir, ya yox? Bu, səhvdən də betər şeydir!”

Əlbəttə, elədir. Aqressorun, hərbi canilərin, işğalçının yanında olmaq, onu dəstək vermək, onları ölkə əhalisinə, dünya birliyinə “vətən müdafiəçiləri” kimi təqdim etmək səhvdən betər şeydir, cinayətdir, faşizmə dəstək verməkdir, hitlerçillərin yanında durmaq qədər böyük rüsvayçılıqdır.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]