“Azəriqaz” və “Azərişıq” rəhbərləri Gəncəyə gedib – Tapşırıqlar verildi

Bu gün "Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov Gəncə şəhərində olub və Ermənistan silahlı qüvvələrinin hücumu nəticəsində dağıdılmış evlərə baş çəkib.

AKTUAL TV xəbər verir ki, V.Əhmədova hadisənin şəhərin elektrik enerjisi təsərrüfatına dəymiş ziyan barədə ətraflı məlumat verilib. Sədr isə öz növbəsində dəymiş ziyanın nəticələrinin tez bir zamanda aradan qaldırılmasını üçün ərazidə işləyən “Azərişıq” əməkdaşlarına tapşırıq və tövsiyələrini verib.

Həmçinin bildirilib ki, ərazini 24 saat fasiləsiz keyfiyyətli elektrik enerjisi təchiz etmək üçün əraziyə yeni yüksəkgərginlikli xəttin çəkilişi nəzərdə tutulur.

Qeyd edək ki, hadisə yerində Vüqar Əhmədovla birgə “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev də olub.

Xatırladaq ki, oktyabrın 17-də Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərini ağır artilleriya silahlarından atəşə tutması nəticəsində 14 nəfər həlak olub, 47 nəfər yaralanıb.

Share on facebook
Share on twitter
Share on linkedin
Share on whatsapp
Share on email
Share on telegram

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2020 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]