Cəmi bir neçə saata düşmənə milyonlarla zərbə vurduq…

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan ordusu düşmənin S-300 zenit-raket kompleksini, S-125 zenit-raket kompleksini, Su-25 təyyarəsini məhv edib.

AKTUAL TV xəbər verir ki, iqtisadçı Qubad İbadoğlu düşmənin sıradan çıxarılan hərbi texnikasının qiymətini açıqlayıb. O bildirib ki, zenit raket kompleksi S-125 aşağıdan uçan pilotlu və ya pilotsuz aparatların 20 – 18 000 m hündürlükdə və 3,5 – 25 km uzaqlıqda vurulması üçün nəzərdə tutulub. Rusiya istehsalıdır, təxmini qiyməti 45 milyon rubldur (1 milyon manatdır).

Su-25 təyyarəsinin qiyməti isə təxminən 11 milyon dollardır (18,7 milyon manatdır).

Beləliklə, Ermənistanın yalnız bir neçə saat ərzində milyonlarla manat dəyəri olan hərbi texnikaları sıradan çıxarılıb.

Qeyd edək ki, S-300 zenit-raket kompleksinin qiyməti 115 milyon dollardır.

Share on facebook
Share on twitter
Share on linkedin
Share on whatsapp
Share on email
Share on telegram

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2020 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]