İnternet məhdudiyyəti aradan qaldırılacaq? — Açıqlama

Məlum olduğu kimi, dünən karantin rejiminin sərtləşdirilməsi ilə bağlı qərar qəbul edilib. Nazirlər Kabinetinin müvafiq tapşırığına əsasən, dövlət qurumlarında çalışan işçilərin say həddi 30 faizədək azaldılaraq digər əməkdaşlar məsafədən iş rejiminə keçirilməlidir. Bunu nəzərə alaraq, çalışanların məsafədən iş rejiminin təmin edilməsi üçün vacib olan internetə qoyulan məhdudiyyət qaldırılacaqmı?

Mövzu ilə bağlı AKTUAL TV -yə danışan Nəqliyyat, Rabitə və Yüksək Texnologiya Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Günel Gözəlova bildirib ki, internetə tətbiq olunan məhdudiyyətlə bağlı yenilik yoxdur:

“Hazırda məhdudiyyətin qaldırılması ilə bağlı heç bir yenilik yoxdur. İnternet məhdudiyyəti Azərbaycan ərazisində internetin olmaması anlamına gəlmir. Bütün bu məhdudiyyətlər Telekommunikasiya haqqında Azərbaycan Respublikasının qanunu ilə, eyni zamanda hərbi vəziyyətdə rabitədən istifadə haqqında xüsusi qaydalara əsasən tətbiq olunub. Hərbi vəziyyətdə bu halın yaşanması normaldır. İnternetin verilməsini məhdudlaşdırmasaq, düşmən kiberhücumları birbaşa dövlət infrastrukturuna zərər vuracaq”.

G.Gözəlovanın sözlərinə görə, vətəndaşlar alternativ platformalardan istifadə edib, dezinformasiyanın yayılmasına qarşı çıxmalıdır.

Share on facebook
Share on twitter
Share on linkedin
Share on whatsapp
Share on email
Share on telegram

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2020 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]