“Azərbaycan və Ermənistan liderlərinin görüşü barədə danışmaq hələ tezdir”

“Ermənistan tərəfi yanaşmalarında destruktivlik nümayiş etdirdiyi müddətdə Azərbaycan və Ermənistan liderlərinin görüşü barədə danışmaq hələ tezdir”.

AKTUAL TV xəbər verir ki, bunu Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Xarici İşlər naziri Ceyhun Bayramovun Rusiyaya rəsmi səfərinin nəticələrini TASS-a müsahibəsində şərh edərkən bildirib.

“Hörmətli prezidentimiz İlham Əliyevin qeyd etdiyi kimi, belə bir dəvət olmayıb. Məncə, bunun üçün hələ vəziyyət yetişməyib. Qarşı tərəf öz yanaşmalarında hələ də destruktiv mövqeyini nümayiş etdirdiyinə görə bu barədə danışmaq hələ tezdir”, – deyə Bülbüloğlu Bayramovun səfəri zamanı belə bir görüşün müzakirə edilib-edilmədiyi ilə bağlı suala cavab verərəkən bildirib.

“Əgər belə bir təşəbbüs göstərilsə, təbii ki, lazımi qaydada nəzərdən keçiriləcək, ictimaiyyətə məlumat veriləcək”, – deyə səfir qeyd edib.

O bildirib ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına sadiq qalır və bunu Ceyhun Bayramov da təsdiq edib:

“Bu səfərin əsas məqsədi Rusiyanın xarici işlər naziri Sergey Lavrovla Dağlıq Qarabağdakı hazırkı vəziyyət, Ermənistanı sülhə məcbur etməklə bağlı məsləhətləşmələr aparmaq, eləcə də Dağlıq Qarabağ münaqişəsi zonasında atəşkəsə dair əvvəl əldə edilmiş razılaşmaların icrası, dayanıqlı və tam nizamlanma üçün şərait yaradılması ilə bağlı məsələləri müzakirə etməkdir. Görüşdə Ceyhun Bayramov bir daha Azərbaycanın münaqişənin sülh yolu ilə nizamlanmasına və 10 oktyabrda qəbul edilmiş bəyanata sadiqliyini təsdiqləyib”.

Share on facebook
Share on twitter
Share on linkedin
Share on whatsapp
Share on email
Share on telegram

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2020 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]