“Bakıdan dəvət gələrsə, Türkiyə tərəddüd etməz” – Fuad Oktay

Əgər Bakı istəyərsə, Türkiyə tərəddüd etmədən Azərbaycana qoşun göndərəcək və hərbi dəstək verəcək.

 AKTUAL TV “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin vitse-prezidenti Fuad Oktay “CNN Türk” telekanalına müsahibəsində bildirib.

“Prezidentimiz (Rəcəb Tayyib Ərdoğan -red.) bunu ilk gündən açıq şəkildə bəyan etdi. Azərbaycanla Türkiyə arasında hərbi sazişlər var, hərbi əməkdaşlıq haqqında sazişlər var. Əgər Ermənistan tərəfindən hadisələrin gözlənilməyən inkişafı baş verərsə və belə bir dəvət gələrsə, Türkiyə tərəddüd etməz, Prezidentimiz heç tərəddüd etməz”, – Oktay deyib.

Bununla yanaşı, o qeyd edib ki, hazırda belə müraciətlər daxil olmayıb.

Oktay, həmçinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk qrupunun fəaliyyətini tənqid edib.

Onun sözlərinə görə, Minsk qrupu məsələni həll olunmamış saxlamağa çalışır və Ermənistanı həm siyasi, həm də hərbi cəhətdən dəstəkləyir.

Share on facebook
Share on twitter
Share on linkedin
Share on whatsapp
Share on email
Share on telegram

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2020 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]