“Vaşinqtonda keçiriləcək görüşlərdən irəliləyiş gözləmirik” – Hikmət Hacıyev

“Vaşinqtonda keçiriləcək görüşlərdə hər hansı bir irəliləyiş gözləmirik”.

AKTUAL TV “HaberTürk”ə istinadla xəbər verir ki, bu sözləri Prezidentin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İngiltərə Əcnəbi Jurnalistlər Dərnəyinin onlayn təbdirində çıxışı zamanı ABŞ Dövlət katibi Mayk Pompeonun Azərbaycan və Ermənistanın XİN rəhbərlərini Vaşinqtona dəvət etməsi barədə danışarkən deyib.

ABŞ-n Minsk Qrupunun həmsədrlərindən biri olduğuna diqqət çəkən H.Hacıyev Vaşinqtonun problemin sülh yolu ilə həll edilməsi üçün səy göstərdiyini, lakin bunun reallaşmadığını qeyd edib.

Azərbaycanın 30 ildir müzakirələr apardığını xatırladan prezidentin köməkçisi müzakirələrin uğursuz olmasının məsuliyyətinin eyni zamanda Minsk Qrupu həmsədrlərinin də çiyinlərində olduğunu sözlərinə əlavə edib.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]