Türkiyə XİN-dən Minsk qrupunun həmsədrlərinə çağırış

Türkiyə Minsk qrupunun həmsədrlərini Dağlıq Qarabağ münaqişəsinin BMT TŞ-nin qətnamələri və beynəlxalq hüquq normalarına uyğun olaraq yekun həllinə yönəlmiş danışıqlar prosesinə başlamağa çağırır.

AKTUAL TV “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə XİN-in rəsmi nümayəndəsi Hami Aksoy bildirib.

Aksoy Minsk qrupunun səylərinin konkret nəticələr verməsi üçün Ermənistanın bu yaxınlarda atəşkəs rejimini pozmasını nəzərə alınmasının zəruri olduğunu qeyd edib.

Diplomat qeyd edib ki, Yerevan Dağlıq Qarabağ münaqişəsi zonasında hərbi əməliyyatların yeni mərhələsi başlanandan bəri əldə edilmiş atəşkəs haqqında bütün üç razılaşmaya məhəl qoymayıb.

O xatırladıb ki, ABŞ-ın təşəbbüsü ilə oktyabrın 26-dan elan edilmiş son barışıq qüvvəyə mindikdən cəmi bir neçə dəqiqə sonra Ermənistan tərəfindən pozulub.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]