Düşmənin üç zirehli texnikasını məhv edən kiçik çavuş

Müdafiə Nazirliyi Azərbaycan əsgərlərinin uğurları ilə bağlı növbəti videonu yayıb.

AKTUAL TV xəbər verir ki, görüntülərdə leytenant Fəqan Salmanov əks-hücum əməliyyatlarında uğurla iştirak etdiyini açıqlayıb:

“Əks- hücum əməliyyatı ilə başlayan döyüşlərdə ilk gündən iştirak edirəm. Vətəninə canla bağlı olan övlad, zabit kimi düşmənə qarşı rəşadətlə döyüşürəm. Tezliklə üçrəngli bayrağımız Şuşada, Qarabağda dalğalanacaq!”

Kiçik çavuş Qarabəy Əhmədzadə isə düşmənə məxsus üç zirehli texnikanı məhv etdiyin bildirib:

“Torpaqlarımız uğrunda gedən döyüşlərin iştirakçısıyam. Bununla qürur duyuram. Vətənə övladlıq borcumu düşmən texnikalarını məhv edərək yerinə yetirirəm. Belə ki, düşmənin üç zirehli texnikasını məhv etmişəm. Allahın izni ilə qələbə bizim, Qarabağ Azərbaycanındır!” 

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]