Müzakirə prosesinin tabutunda son mismar… – Hikmət Hacıyev

ABŞ-ın “New York Times” qəzetində Dağlıq Qarabağ münaqişəsində son durumla bağlı məqalə dərc olunub.

AKTUAL TV xəbər verir ki, yazıda Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin də fikirləri yer alıb. H.Hacıyev “Müzakirə prosesinin tabutundakı son mismar Paşinyan Dağlıq Qarabağın Ermənistan olduğunu söyləməsi oldu”, – deyə nəşrə bildirib.

H.Hacıyev müsahibədə qeyd edib ki, Azərbaycan Nikol Paşinyanın 2018-ci ildə Ermənistanda hakimiyyətə gəlişindən sonra münaqişənin dinc yolla həlli prosesində irəliləyişə ümid edib. Sabiq jurnalist Paşinyan Azərbaycan Prezidenti ilə ilk görüşündə vaxt istəyib, eyni zamanda Dağlıq Qarabağla bağlı yeni siyasət yürütməyə söz verib.

Lakin bu yeni siyasət gəlməyib. Analitiklərin sözlərinə görə, gərginlik bu il daha da artıb. Çünki Paşinyan və onun müdafiə naziri Şuşanı paytaxt etmək və avqustda parlamenti ora köçürmək planları barədə populist bəyanatlar veriblər.

Qeyd edək ki, Azərbaycan Prezidentinin köməkçisi məqaləni özünün “Twitter”dəki hesabında paylaşıb.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]