Türkiyə “Şarli Hebdo”ya qarşı istintaq başlatdı

Türkiyə Baş Prokurorluğu Prezident Rəcəb Tayyib Ərdoğanın təhqiramiz karikaturasını yayımlayan fransız satirik jurnalı “Şarli Hebdo”ya qarşı istintaq başladıb.

AKTUAL TV xəbər verir ki, Türkiyə Baş Prokurorluğundan məlumatına görə, istintaq Türkiyə dövlət başçısının təhqir olunması ilə bağlı Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə başladılıb.

““Şarli Hebdo” adlı jurnalın vəzifəli şəxslərinə qarşı Türkiyə Cəza Qanununun 12, 13 və 299-cu maddələrinə əsasən istintaq başladılıb”,- deyə qurumun açıqlamasında qeyd olunub.

Xatırladaq ki, Fransanın “Şarli Hebdo” jurnalı son nəşrində çıxan üz qabığında Prezident Rəcəb Tayyib Ərdoğanı hədəf alıb. Nəşr Türkiyədə kəskin tənqidlərə və etirazlara səbəb olub.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]