30 hərbçi meyiti və iki mülki şəxs Ermənistana təhvil verildi

Azərbaycan 30-a yaxın hərbçinin meyitini və iki mülki şəxsi Ermənistana təhvil verib.

AKTUAL TV -nin verdiyi xəbərə görə, bu barədə hazırda Bərdə-Tərtər zonasında olan Prezidentin köməkçisi Hikmət Hacıyev məlumat verib.

H.Hacıyev bildirib ki, Ermənistan bu məsələdə xoş niyyət göstərmirdi. Biz bu xüsusda Rusiya Müdafiə Nazirliyinin, şəxsən Müdafiə naziri Sergey Şoyqunun səylərini yüksək qiymətləndiririk:

“Rusiyanın bu humanitar təşəbbüsü dəstəkləməsi nəticəsində Ermənistan tərəfi Qazax-Tovuz istiqamətində humanitar koridorun açılmasına və öz əsgərlərinin meyitlərinin və vətəndaşlarının qəbul edilməsinə razılıq verib. İndilərdə bu əməliyyat başa çatdı”.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]