“Azərbaycan Ordusu yalnız legitim hərbi hədəfləri məhv edir”

“Bu gün düşmənin 2 ədəd “T-72” tankı, 2 ədəd “BM-21” qrad yayılım atəşli reaktiv sistemi, 14 ədəd müxtəlif artilleriya qurğusu, 6 ədəd avtomobil texnikası və bir neçə dayaq məntəqəsi bölmələrimizin dəqiq atəş zərbələri ilə məhv edilib”.

 AKTUAL TV xəbər verir ki, bunu  Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Eyvazov bugünkü brifinqdə bildirib. O qeyd edib ki, döyüş meydanında məhv olan bölmələrinə dəstək üçün gələn düşmənə məxsus 2 ədəd “SU-25” tipli təyarəsi hərbi hava hücumundan müdafiə bölmələrimiz tərəfindən havada məhv edilib:

“Düşmənin bir neçə istiqamətdə hücum cəhdi qətiyyətlə alınıb. Ermənistan ordusunda təşviş və xaos hökm sürür. Azərbaycan Ordusu yalnız legitim hərbi hədəfləri məhv edir. Qələbə bizimlədir!”.  

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]