“BBC” Bərdəyə hücumu bu fotolarla xəbər verdi

Dünyaca məşhur “BBC” telekanalı Ermənistan silahlı qüvvələrinin Bərdə şəhərinə raket hücumundan yazıb.

 AKTUAL TV xəbər verir ki, telekanalın xəbərində qeyd olunub ki, hücum nəticəsində 21 mülki şəxs həlak olub, onlarla mülki şəxs yaralanıb.

Kanal Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevdən sitat gətirib: “Ermənistan silahlı qüvvələri Azərbaycanın mərkəzi bölgəsi Bərdədə mülki şəxslər arasında daha çox itkiyə səbəb olmaq üçün kaset bombalarından istifadə edirlər”.

Həmçinin sosial mediada yayılan görüntülərdə küçələrə dəymiş ziyan və nəqliyyat vasitələrinin yanında cəsəd torbalarında yola qoyulan bir neçə cəsəd olduğu bildirilib.

Yerli sakin Ülviyyə Babayeva bildirib ki, partlayışlar baş verən zaman yaxınlıqda olub və partlayışı eşidən kimi hadisə yerinə gəlib.

“Biz yanğın görürdük, bombalar atılırdı. İnsanlardan biri bank binasının qarşısında avtomobilin üzərinə yıxıldı, hər yerdə qəlpələr var idi”,- deyə o qeyd edib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]