Nəqliyyatda karantin qaydalarını gözləməyənlər məsuliyyətə cəlb olunacaq

Daxili İşlər Nazirliyi ictimai nəqliyyat vasitələrindən istifadə edən sərnişinlərə müraciət ünvanlayıb.

AKTUAL TV -yə daxil olan məlumatda deyilir:

“Son vaxtlar paytaxt ərazisində fəaliyyət göstərən şəhərdaxili avtobus marşrutlarında bəzi sürücü və sərnişinlərin tənəffüs yollarını qoruyan tibbi maskalardan lazımi qaydada istifadə etməmələri, eləcə də avtobuslarda həddən artıq sərnişin sıxlığının yaşanması müşahidə edilir. Sərnişinlərin sosial məsafə gözləmədən bir-birləri ilə yaxın təmasda olmaları, qoruyucu tibbi maskalardan istifadə etməmələri onların koronavirus (COVİD-19) infeksiyasına kütləvi şəkildə yoluxma riskini artırır. Son bir neçə gündə ölkə ərazisində yoluxma sayının yüksəlmə səbəblərinin daha çox məhz bu faktorlarla əlaqəli olması ehtimal edilir ki, bu da ictimai nəqliyyatda təhlükəsizlik tədbirlərinin görülməsi məqsədilə sanitariya-gigiyena qaydalarının pozulması hallarına qarşı inzibati təsir tədbirlərinin daha ciddi şəkildə tətbiqini zəruri edir.

Qeyd olunanlarla əlaqədar xüsusi karantin rejimi qaydalarına riayət etməyən hərəkət iştirakçılarını inzibati məsuliyyətə cəlb olunacaqları barədə xəbərdar edir və ictimai nəqliyyat vasitələrindən istifadə edən sərnişinlərdən bir daha xahiş edirik ki, özlərinin və yaxınlarının sağlamlığının qorunması naminə avtobuslarda sosial məsafə saxlamaqla mütləq qaydada tibbi maskalardan istifadə etsinlər”.

Share on facebook
Share on twitter
Share on linkedin
Share on whatsapp
Share on email
Share on telegram

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2020 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]