Notr- Dam kilsəsində silahlı hücum – 3 ölü + Yenilənib

Fransanın Nitsa şəhərində Notr- Dam kilsəsində bıçaqlı naməlum şəxs insanlara hücum edib.

AKTUAL TV “İnterfaks”a istinadən xəbər verir ki, hadisə nəticəsində 3 nəfər ölüb, bir neçəsi yaralanıb.

Hadisə yerinə polislər cəlb edilib.

***

Fransa Daxili İşlər Naziri Gerald Darmanen insidentlə əlaqədar təcili iclas keçirib.

Fransa Prezidenti Emmanuel Makron və baş nazir Jan Kasteks təcili olaraq Bovo Meydanındakı Daxili İşlər Nazirliyinin böhran mərkəzinə gediblər.

***

Nitsanın hüquq-mühafizə orqanları əməkdaşları silahlı şəxsi saxlayıblar.

***

Sİlahlı şəxsin təhlükəsizlik qüvvələrinin müdaxiləsi nəticəsində yaralandığı və xəstəxanaya aparıldığı bildirilib.

“AFP”nin polis mənbələrinə istinadən verdiyi məlumata görə, hadisə zamanı kilsə daxilində iki nəfər – bir kişi və bir qadın qətlə yetirilib, üçüncü şəxs ağır yaralanaraq hadisə yerindən qaçıb gizləndiyi barda həlak olub.

Xəsarət alan bir neçə nəfərin vəziyyəti barədə məlumat verilməyib.

Fransanın milli antiterror şöbəsi hadisə ilə bağlı məhkəmə polisi və daxili təhlükəsizlik qrupları tərəfindən icra ediləcək bir istintaq başladıb.

Polis vəziyyətin nəzarət altında olduğunu və təşvişə ehtiyac olmadığını bildirib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]