““Şarli Hebdo” kimi bir jurnal Rusiyada mövcud ola bilməz”

““Şarli Hebdo” kimi bir jurnal Rusiyada mövcud ola bilməz. Eyni zamanda həm insan öldürmək, həm də inanclıların hisslərini təhqir etmək yolverilməzdir”.

 AKTUAL TV xəbər verir ki, Rusiya Prezidentinin Mətbuat katibi Dmitri Peskov bu barədə jurnalistlərə açıqlamasında bildirib.

“Əslində, ölkəmizin özünəməxsusluğu məhz çoxmillətli və çoxetiqadlı olmasındadır. Və bütün dini etiqad üzvləri bir-birinə tam hörmətlə yanaşır. Buna görə də belə bir nəşrin mövcudluğu mövcud qanunvericiliyimiz nəzərə alınmaqla ölkəmizdə tamamilə qeyri-mümkündür”,- deyə Peskov vurğulayıb.

Peskov qeyd edib ki, xristianlığın hakim din olaraq qalmasına baxmayaraq Rusiyada təxminən 20 milyon müsəlmanın yaşadığını unutmamaq lazımdır.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]