Azərbaycanda koronavirusdan REKORD SAYDA ÖLÜM

Azərbaycanda bu gün koronavirus infeksiyasına 3 646 yeni yoluxma faktı qeydə alınıb, 1 259 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

AKTUAL TV xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada 34 nəfər COVID-19-dan vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 98 927 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 65 734 nəfər müalicə olunaraq sağalıb, 1 194 nəfər vəfat edib, aktiv xəstələrin sayı 31 999 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 14 358, ötən müddət ərzində isə ümumilikdə 1 631 597 test aparılıb.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]