Putinin İlham Əliyevlə telefon danışığı oldu

Rusiya Prezidenti Vladimir Putinin Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığı olub.

 AKTUAL TV xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Telefon danışığı zamanı rusiyalı sülhməramlıların işi, Dağlıq Qarabağda humanitar yardım göstərilməsi və qarşılıqlı iqtisadi əlaqələr müzakirə olunub.

Həmçinin, Rusiya sülhməramlılarının Dağlıq Qarabağ bölgəsindəki iş üsulları və əhaliyə humanitar yardımın göstərilməsi üçün bundan sonrakı addımlar nəzərdən keçirilib, regionda qarşılıqlı iqtisadi əlaqələr və nəqliyyat-kommunikasiya sisteminin bərpası məsələsi müzakirə olunub.

Bundan əlavə, Putin İlham Əliyevlə Rusiyanın qurumlararası nümayəndə heyətinin Bakı səfərinin nəticələrini müzakirə edib.

Share on facebook
Share on twitter
Share on linkedin
Share on whatsapp
Share on email
Share on telegram

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]