Ərdoğanla Putin arasında KRİTİK QARABAĞ MÜZAKİRƏSİ

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı baş tutub.

 AKTUAL TV xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyası məlumat yayıb.

Bildirilib ki, telefon danışığı zamanı Türkiyə ilə Rusiya arasındakı ticarət həcminin artırılması başda olmaqla ikitərəfli münasibətləri inkişaf etdirəcək addımlarla yanaşı Dağlıq Qarabağ, Suriya və Liviyadakı hadisələr müzakirə olunub.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan söhbət zamanı atılan Dağlıq Qarabağdakı problemi həll etməyə və regiona davamlı əmin-amanlıq gətirməyə hesablanmış addım çərçivəsində müşahidə və yoxlama məqsədilə Türkiyənin Rusiya ilə quracağı birgə mərkəzin ən qısa zamanda fəaliyyətə başlamasını gözlədiyini ifadə edib.

Azərbaycanın torpaqlarının bütünlüklə qaytarılması barədə həssaslığına işarə edən Prezident Ərdoğan, tətbiqetmə prosesində Ermənistan tərəfinin davamlı həlli çətinləşdirməsinə və anlaşma barədə məsuliyyətlərindən qaçmasına icazə verilməməsinin zəruriliyini vurğulayıb.

Prezident Ərdoğan Minsk Qrupunun digər həmsədrlərinin sülh cəhdlərini tənqid etməsini başa düşməyin mümkün olmadığını dilə gətirib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]