Azərbaycanlı iş adamı zabitimizin kredit BORCUNU BAĞLADI

44 gün davam edən 2-ci Qarabağ müharibəsində düşmənə qarşı göstərdiyi qəhramanlıqla ad çıxaran, sosial şəbəkələrdəki videoları ilə məşhurlaşan XTQ-in 31 yaşlı zabiti Əli Kərimovun banka olan kredit borcunu Rusiya paytaxtı Moskvada yaşayan gənc iş adamı Xəzər Qarayev tam ödəməyi üzərinə götürüb. Mövcud borcu və onun faizini ödəyərək təqdirəlayiq addım atıb.

 AKTUAL TV xəbər verir ki, Xəzər Qarayev uzun illər fəal diaspora fəaliyyəti ilə məşğuldur və hal-hazırda Moskva Azərbaycanlıları İcmasının icraçı direktorudur.

Onu da vurğulayaq ki, gənc həmvətənimiz dünyanı cənginə alan COVİD19 pandemiyası dövründə də davamlı olaraq Rusiya və Azərbaycandakı soydaşlarımıza maddi dəstək göstərib. Xəzər Qarayev Silahlı Qüvvələr Fonduna müəyyən miqdarda vəsait köçürməklə yanaşı, fərdi olaraq cəbhədə döyüşən zabit və əsgərlərimizin ailələrinə də maddi dəstək göstərir.

Xəzər Qarayev bildirib ki, Əli Kərimovun döyüşlərdə düşmən zabitini və onlarla düşmən əsgərini öldürməsi, özü yaralı olduğu halda yaralı əsgər yoldaşını 17 km məsafəyə çiynində daşıyaraq onun yaşamasına nail olması onu qürurlandırıb.

Share on facebook
Share on twitter
Share on linkedin
Share on whatsapp
Share on email
Share on telegram

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]