Zatulindən ermənilərə “QARA XƏBƏR”: “Status məsələsi…”

"Ermənistanın tərəfinin hərbi və diplomatik məğlubiyyətindən sonra Qarabağın statusu bu qədər asanlıqla həll oluna bilməz".

 AKTUAL TV “Novosti Armeniya”ya istinadla xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının deputatı, MDB İşləri Komitəsinin sədr müavini Konstantin Zatulin deyib.

O bildirib ki, Qarabağın statusu məsələsi müzakirə edilsə belə, o, Ermənistan üçün müsbət olmayacaq:

“İlk növbədə məğlubiyyətdən nəticə çıxarmaq, güc toplamaq, müdafiə qabiliyyətini yeni səviyyəyə çatdırmaq, siyasi və iqtisadi böhranı aradan qaldırmaq lazımdır. Dağlıq Qarabağın istənilən statusuna necə nail olmaq barədə yalnız bundan sonra düşünmək olar. Hər şeyin məhv edildiyi və Ermənistanda baş verənlərlə bağlı heç kimin heç bir şey edə bilmədiyi indiki vaxtda status məsələsini qaldırmaq sadəcə rüsvayçı bir müzakirədir”.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]