Türkiyə 6 ölkənin hücumuna məruz qaldı: Rusiya, Çin, ABŞ və…

Türkiyə bir neçə ölkə tərəfindən kiber-hücumlara məruz qalır.

AKTUAL TV xəbər verir ki, kiber təhlükəsizlik sahəsində aparılan araşdırmalar nəticəsində beynəlxalq Telekommunikasiya İttifaqı Qlobal Kiber Təhlükəsizlik İndeksi hesabatına əsasən, Türkiyə kiber təhlükəsizlikdə 20, Avropada isə 11-ci yerdə qərarlaşıb.

Lakin Türkiyə illik məruz qaldığı 100 min kiber hücum ilə dünyada ən çox hücuma məruz qalan ilk 3 ölkə arasındadır. Bu qaynaqlar arasında isə ABŞ, Çin, Yunanıstan, Rusiya, İndoneziya və Vyetnam diqqət çəkir. Bu hücumlar adəçəkilən ölkələrdən birbaşa edilməsə də, həmin ölkələrdə mövcud olan kompüter və elektron əşyalar vasitəsilə həyata keçirilir.

Bununla yanaşı, Türkiyə 1327 korporativ, 14 sektoral Kiber Hadisələrə Müdaxilə Komandası (SOME) nəzdində xidmət edən 4 min 180 kiber mütəxəssislə regionda hücumlara qarşı ən hazırlıqlı ölkələrin önündə gəlir.

Qeyd edək ki, Türkiyə bu ilin fevral ayında Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Milli Kiber Hücumlara Müdaxilə Mərkəzinin nəzdində Kiber Təhlükəsizlik Əməliyyat Mərkəzi qurub.

Share on facebook
Share on twitter
Share on linkedin
Share on whatsapp
Share on email
Share on telegram

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]