Bakıda dəhşətli qəza: Avtomobil marketə çırpıldı, üç tibb işçisi öldü

Bakının Xətai rayonunda ağır yol-nəqliyyatı hadisəsi zamanı 3 nəfər ölüb və 1 nəfər ağır xəsarət alıb.

AKTUAL TV xəbər verir ki, hadisə Nobel prospektində qeydə alınıb.

Belə ki, 1999-cu il təvəllüdlü Məmmədov Tuncay Aslan oğlu idarəetməsində olan BMW markalı nəqliyyat vasitəsi ilə yüksək sürətlə hərəkətdə olan zaman sükana nəzarəti itirib. 

Yağışlı hava şəraiti zamanı yolun sürüşkən olması səbəbində avtomobil marketin ikinci mərtəbəsinin üst divarına çırpılıb. Qəza nəticəsində avtomobildə olan sərnişinlər Tahir Əlirzayev  və Yeganə Məmmədova hadisə yerində ölüb. Əraziyə cəlb olunan təcili tibbi yardım vasitəsi ilə sürücü T.Məmmədov və digər sərnişin 1999-cu il təvəllüdlü İlkin Ağamirzəyev 3 nömrəli şəhər xəstəxanasına çatdırılıb. Lakin həkimlərin səyinə baxmayaraq, Tuncay Məmmədovun həyatını xilas etmək mümkün olmayıb. İ.Ağamirzəyevin vəziyyəti isə ağırdır.

Qeyd edək ki, yaralanan və ölən 3 nəfər FHN-in Modul Tipli Tibb Mərkəzində tibb işçiləri kimi fəaliyyət göstəriblər. Onlar, həmçinin, Tibb universitetinin tələbələridir.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]