Həbs edilən daha bir icra başçısının oğlu YÜKSƏK VƏZİFƏYƏ TƏYİN EDİLDİ

Ağstafa Rayon İcra Hakimiyyətinin həbsdə olan sabiq icra başçısı Nizaməddin Quliyevin oğlu Ramal Quliyev Prokurorluq orqanlarında yeni təyinat alıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən AKTUAL TV -yə bildirilib ki, Baş prokuror Kamran Əliyvin imzaladığı müvafiq əmri ilə Ramal Quliyev Quba rayon prokurorunun köməkçisi vəzifəsinə təyin olunub.

Bildirilib ki, rayon prokurorunun köməkçisi vəzifəsi “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” qanuna görə ən sonuncu – 9-cu təsnifata aiddir.

Qeyd edək ki, bir neçə gün əvvəl İmişli rayon İcra Hakimiyyətinin həbs edilmiş sabiq başçısı Vilyam Hacıyevin oğlu da prokorurluq orqanlarında müstəntiq vəzifəsinə təyin edilib. O da Ramal Quliyev kimi atasının həbsindən sonra vəzifədən kənarlaşdırılaraq sərəncama götürülmüşdü.

Share on facebook
Share on twitter
Share on linkedin
Share on whatsapp
Share on email
Share on telegram

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]