Anasının ölümündən bir ay sonra şəhid xəbəri gəldi

Vətən müharibəsində itkin düşmüş daha bir hərbçimizin şəhid olduğu müəyyənləşib.

 AKTUAL TV -nin məlumatına görə, söhbət Səfərbərlik Xidmətinin çağırışı ilə döyüşə yollanan Hüseynov Orxan Ələkbər oğlundan gedir.

Sonuncu dəfə oktyabrın 4-də ailəsi ilə əlaqə saxlayan Orxan Suqovuşan istiqamətində qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb. 25 yaşlı şəhidimiz bu gün Balakənin Hənifə kəndində, valideynlərinin məzarı yanında torpağa tapşırılıb.

Qeyd edək ki, Orxanın atası Ələkbər Hüseynov bir neçə il öncə vəfat edib. Şəhidimizin anası Sevda Hüseynova isə oğlunun itkin kimi axtarıldığı ərəfədə, 2020-ci ilin dekabrında dünyasını dəyişib. Orxan evin kiçik oğlu olub, subay idi. Bir bacısı, bir qardaşı var.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]