Azərbaycanda daha 15 nəfər koronavirusdan öldü: 402 yeni yoluxma

Azərbaycanda koronavirusa 402 yeni yoluxma faktı qeydə alınıb, 650 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında operativ qərargahdan AKTUAL TV -yə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 15 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 226 951 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 214 423 nəfər müalicə olunaraq sağalıb, 2 998 nəfər vəfat edib, aktiv xəstə sayı 9 530 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 574, ötən müddət ərzində isə ümumilikdə 2 311 417 test aparılıb.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]