Azərbaycanda ilk kimlərin vaksinasiya olunacağı AÇIQLANDI

Vaksinasiyada strateji prinsiplərdən birincisi könüllülük, ikincisi isə təhlükəsizlikdir.

 AKTUAL TV -nin məlumatına görə, bu sözləri Nazirlər Kabineti yanında operativ qərargahın bu gün keçirilən brifinqində Səhiyyə Nazirliyinin Səhiyyənin təşkili şöbəsinin müdiri Teymur Musayev deyib. 

O bildirib ki, virusla müqayisədə təhlükəsiz vaksin seçilib:

“Vaksinasiyanın strategiyasını şəffaflıq, mərhələlik, ədalətlilik, məsuliyyət, əməkdaşılıq prinsipləri təşkil edir. Əhalinin risk qrupuna daxil olan hissəsi maksimum dərəcədə vaksinasiya ilə əhatə olunmalıdır”. 

Onun sözlərinə görə, strategiyanın əsas hissəsini sosial və tibbi cəhətdən risk qruplarına daxil olan şəxslər təşkil edir:

“Vaksinasiyanın ilkin mərhələsi səhiyyə işçilərini (həkim, orta və kiçik tibb heyəti, texniki heyət), hüquq-mühafizə orqanlarının əməkdaşlarını, hərbi qulluqçuları və s. qrupları əhatə edəcək. 

Birinci mərhələdə səhiyyə işçiləri və 65 yaşdan yuxarı olan şəxslər, hüquq-mühafizə orqanlarının işçiləri nəzərdə tutulur. İkinci mərhələdə isə 50 yaş yuxarı ən azı bir xroniki xəstəliyi olanların vaksinasiyası həyata keçiriləcək”.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]