Ermənilərin Şuşada basdırdığı raketlər aşkarlandı

2021-ci il 04-13 yanvar tarixlərində Azərbaycan Minatəmizləmə Agentliyinin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının əməkdaşları ilə birlikdə düşmən işğalından azad olunmuş Şuşa şəhərində xüsusi əməliyyat-axtarış tədbiri həyata keçirilib.

Agentlikdən AKTUAL TV -yə verilən məlumata görə, birlikdə aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 13 ədəd raket, 16 ədəd minaatan mərmisi, 15 ədəd əl qumbarası, 1 ədəd zenit top mərmisi, 48 ədəd partladıcı, 2 ədəd 9N235 bombacığı, 1 ədəd ov tüfəngi,10 ədəd avtomat darağı, 7 584 ədəd müxtəlif çaplı patronlar, 1 ədəd süngü, 4 ədəd piyada əleyhinə mina (OZM-160), 400 qr partlayıcı (TNT), 1 ədəd boru şəkilli partlayıcı (100 m) və 4 ədəd 9M528 raketinin paraşut hissəsi aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Aşkar olunmuş hərbi təyinatlı əşyaların 200 000 kv.m (20 ha) əraziyə yoxlanılıb.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]