Prezidentin köməkçisi: “Vaksinləri alıb saxlamağın mənası yoxdur”

Azərbaycana iki milyon əhali üçün dörd milyon dozada vaksin sifariş olunub.

  AKTUAL TV -nin məlumatına görə, bunu Prezidentin köməkçisi Şahmar Mövsümov deyib. 

O bildirib ki, vaksinlər hər kəsə iki dozada vurulacaq:

“Vaksin bir insana iki dozada vurulacaq. “Sinovac” şirkətinin regional nümayəndəsi vasitəsilə dörd milyon doza almışıq. Azərbaycana hələ bunun az bir hissəsi gətirilib, şirkət istehsal etdikcə qalanları da gətiriləcək. Vaksinləri alıb saxlamağın mənası yoxdur. Vaksinasiya başlasın, mərhələli şəkildə bu proseslərə baxılacaq”.

“Çoxtərəfli platformada isə əhalinin 10 faizi, yəni 1 milyon adam üçün iki milyon dozanın alınması ilə bağlı müqavilə imzalanıb. Əlavə olaraq 10 faiz də artırmaq imkanımız var. Eyni zamanda virusa yoluxub sağalan insanlara vaksin vurulmur. Çünki onlarda artıq immunitet yaranıb. Beləliklə növbəti aylarda da yoluxub-sağalanlar olacaq. Bütün hallarda ehtimal edirik ki, bu, bizə kifayət edəcək”, – deyə Ş.Mövsümov qeyd edib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]