Qanunsuz ayrılmış torpaq sahələri geri qaytarılıb

2020-ci ildə 409 min icra sənədinin icrasının təmin edilib, 700 milyon manat vəsaitin fiziki və hüquqi şəxslərə, habelə vergi borcları üzrə büdcəyə ödətdirilib.

AKTUAL TV -nin məlumatına görə, bunu Ədliyyə naziri Fikrət Məmmədov videokonfrans formatında keçirilən kollegiya iclasında bildirib.

Nazir deyib ki, borclu şəxslərə aliment və digər icra ödənişlərinin onlayn qaydada aparılması, uşaqla ünsiyyətin video-əlaqə vasitəsilə həyata keçirilməsi imkanı yaradılıb.

Nazir qeyd edib ki, məhkəmə ekspertizası mərkəzində 41 ekspert ixtisası üzrə 35 000-ə yaxın işə baxılıb, bələdiyyələrin 77 000-dən çox aktı inzibati nəzarət qaydasında yoxlanılıb, qanunsuz ayrılmış 8200 hektardan artıq torpaq sahələri geri qaytarılıb, cinayət xarakterli 23 fakt üzrə materiallar prokurorluğa göndərilib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]