Sülhməramlıların avtomobili partladıldı – ÖLƏN VAR

Malinin şimali-şərqində hücum nəticəsində Birləşmiş Millətlər Təşkilatının (BMT) bir sülhməramlısı həlak olub, daha biri yaralanıb.

 AKTUAL TV NTV-yə istinadən xəbər verir ki, bu barədə BMT-nin Malidə sabitləşmə üzrə çoxprofilli kompleks missiyasının (MINUSMA) saytında bildirilib.

MINUSMA-nın məlumatına görə, missiyanın maddi-texniki təminat karvanındakı yanacaq çəni aparan avtomobilə qarşı partlayıcı qurğu ilə hücum həyata keçirilib.

“Partlayış nəticəsində iki sülhməramlı ağır yaralanıb. Onlardan biri, təəssüf ki, tibbi evakuasiya zamanı aldığı yaralardan dünyasını dəyişib”, – deyə məlumatda qeyd olunur. Daha sonra partlayışın baş verdiyi yerin yaxınlığında daha bir partlayıcı qurğu aşkarlanıb və zərərsizləşdirilib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]