“Azerspace-1”dən yeni türk və qırğız kanalları yayıma başladı

“Azerspace-1” peykindən yayımlanan televiziya kanalları siyahısına yeni türk və qırğız kanalları əlavə olunub.

“Azərkosmos” ASC-dən verilən məlumata görə, ASC və Qırğızıstanın “Ayan TV” və “Super TV” kanalları arasında kommersiya müqaviləsi imzalanıb.

AKTUAL TV -nin məlumatına görə, müqaviləyə əsasən, bu gündən etibarən “Ayan TV” və “Super TV” kanalları Mərkəzi Asiya ölkələrində “Azerspace-1” peyki vasitəsilə yayımlanır. Sözügedən kanallarda rus və qırğız dillərində Qırğızıstanın siyasi, sosial, iqtisadi və mədəniyyət proqramları nümayiş olunur.

“Ayan TV” və “Super TV” kanalları 11104/V/13000 tezliyində yayımlanır.

Həmçinin, Türkiyənin Avropada yayımlanan və çoxsaylı izləyiciləri olan “Euro 90 TV” kanalı “Azerspace-1” peykinin Avropa şüası üzərindən yayıma başlayıb. “Euro 90 TV” kanalında türk və ingilis dillərində Avropada, o cümlədən dünyada baş verən yeniliklər, sağlamlıq, əyləncə və siyasi mövzular barədə proqramlar yayımlanır.

“Euro 90 TV” kanalı isə 11095/H/30000 tezliyində yayımlanır.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]